"Milan" futbolçusunu icarəyə verdi

14:14 - 16 İyul 2017

“Milan”ın yarımmüdafiəçisi Andrea Bertolaççi növbəti mövsümdə İtaliya A Seriyasının digər təmsilçisi “Cenoa”da çıxış edəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı Genuya klubunun rəsmi saytı yayıb. 26 yaşlı futbolçu bir illik icarəyə götürülüb.

 

Xatırladaq ki, bu, Bertolaççinin “Cenoa”da ilk çıxışı olmayacaq. Belə ki, İtaliya millisinin də üzvü olan futbolçu, 2012-2015-ci illər aralığında “göy-qırmızılar”ın şərəfini qoruyub.

Xəbər xətti