"Sevilya" "Mançester Siti"nin futbolçusunu transfer etdi

00:40 - 17 İyul 2017

“Sevilya” transfer fəaliyyətini davam etdirir.

 

Sportal.az xəbər verir ki, əndəlüsiyalılar “Mançester Siti”nin hücumçusu Nolitonu heyətinə qatıb. 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. İspaniya yığmasının üzvü üçün "şəhərlilər"ə 9 milyon avro təzminat ödənib.

 

Qeyd edək ki, Nolito ötən mövsüm İngiltərə Premyer Liqasında 19 oyun keçirib, 4 qol vurub və 2 assist edib.

Xəbər xətti