"Çelsi"dən PSV-yə

11:12 - 17 İyul 2017

"Çelsi" hollandiyalı yarımmüdafiəçisi Marko van Ginkellə yeni müqavilə bağlayıb.

 

Sportal.az xəbər verir ki, tərəflər arasında 2020-ci ilə qədər sözləşmə imzalanıb. London klubu 25 yaşlı futbolçu ilə müqavilə yeniləsələr də, onu yenidən icarəyə göndəriblər. Belə ki, son iki ildə Hollandiya PSV-sində icarə əsasında çıxış etmiş Ginkel yenə bu komandanın düşərgəsinə qayıdıb. İcarə müddəti yeni bir mövsümlük nəzərdə tutulub.

 

Qeyd edək ki, "Çelsi"yə 2013-cü ildə "Vitess"dən transfer olunan Hollandiya yığmasının yarımmüdafiəçisi "zadəganlar"da cəmi 2 rəsmi oyuna çıxıb. O, 2014/15 mövsümünü "Milan"da, 2015/16 mövsümünü də "Stok Siti"də icarədə keçirib.

Xəbər xətti