"Valensiya" klubu braziliyalı qapıçısı Dieqo Alveşlə yolları ayırıb.
Sportal.az xəbər verir ki, 32 yaşlı qolkiper karyerasını ölkəsində davam etdirəcək. Təcrübəli əlcək ahibi "Flamenqo" klubuna transfer olub. Tərəflər arasında 4 illik müqavilə imzalanıb. Braziliya təmsilçisi bu transfer üçün "yarasalar"a 300 min avro təzminat ödəyib.
Qeyd edək ki, Alveş La Liqa tarixində ən çox penalti zərbəsini zərərsizləşdirən qapıçıdır.
saytlarin hazirlanmasi
