Arif Əsədovun dönəmində “Neftçi”yə cəlb olunan və 3 mövsüm “ağ qara” formanı geyinən Özbəkistan millisinin üzvü Bahodir Nasimovun yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, Premyer Liqada sərgilədiyi oyunla rəğbət qazanan oyunçu kareyarısını Cənubi Koreyada davam etdirəcək. Təcrübəli forvard “Ansan Qriners” klubu ilə müqavilə imzalayıb.
Nasimovun son klubu ölkəsinin “Bunyödkor” olub.
Qeyd edək ki, Nasimov "Neftçi"dən ayrıldıqdan sonra İranın "Padideh" klubuna üz tutmuşdu. İran klubunda karyerası uğurlu alınmayan 30 yaşlı forvard ötən ilə "Bunyodkor"a geri dönmüşdü. hücumçu “Neftçi”nin heyətində 58 oyuna 23 dəfə fərqlənib.
saytlarin hazirlanmasi
