"Arsenal"dan "Yuventus"a keçdi

14:18 - 18 İyul 2017

"Yuventus" növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, Turin klubu London təmsilçisinin qapıçısı Voyçex Şensnıni transfer edib. 27 yaşlı qolkiper in transferi "qoca sinyora"ya 10 milyon funt-sterlinqə başa gəlib. Yeni klubu ilə 4 illik müqavilə imzalayan Polşa millisinin üzvünün illik maaşı 3,5 milyon avro olacaq.

 

Qeyd edək ki, Şensnı son iki mövsümü icarə əsasında "Roma"da oynayıb.

Xəbər xətti