İngiltərənin "Çelsi" klubu heyətinə yeni futbolçu cəlb edib.
Sportal.az xəbər verir ki, "zadəganlar" "Real"ın futbolçusu Alvaro Moratanı rənglərinə bağlayıb. "Kral klubu"nun rəsmi saytında yer alan məlumata görə, hücumçu London təmsilçisi ilə 2022-ci ilin yayına qədər müqavilə imzayıb. Britaniya təmsilçisi bu transferə görə "Real"a 80 milyon avro ödəyib.
80 milyon avro bir ispaniyalı futbolçuya ödənmiş ən yüksək məbləğdi. Bundan öncəki rekord isə 2011-ci ildə “Çelsi”dən “Liverpul”a 58 milyona keçən Fernando Torresə məxsus idi.
Qeyd edək ki, Morata "Real"ın yetirməsidir.
saytlarin hazirlanmasi
