Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” doğma meydanda “Kayzerslautern”lə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib. Millimizin futbolçusu 67-ci dəqiqədə sarı vərəqə də alıb.
“Aue” geridə qalan turlarda topladığı 28 xalla 18 klub arasında 14-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi