Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” doğma meydanda “İnqolştadt”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1. Qonaqların vurduğu kuryoz qol isə sosial şəbəkələrdə və saytlarda geniş şəkildə paylaşılıb.
Eratın adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
“Duysburq” geridə qalan turlarda topladığı 37 xalla 18 klub arasında 4-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi