Azərbaycan millisinin üzvü Araz Abdullayev zədədən sonra yenidən Kiprin "Anortosis" klubunun əsas heyətində meydana çıxıb.
Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Limassol AEL-inə qalib gəldikləri görüşdə (1:0) meydanda olub.
Matçla bağlı yazı hazırlayan "SuperSport" Arazın çıxışını da dəyərləndorb. Məqalədə həmyerlimizin əvvəlki formasını itirmədiyi qeyd olunub:
"Araz Abdullayev göstərdi ki, start heyətə qayıtmağa hazırdı. O, zədəli idi və əsas start heyətdən kənarda qalmışdı. Amma AEL-lə oyunda sübut etdi ki, əvvəlki formasını itirməyib".
saytlarin hazirlanmasi