Kipr çempionatında 27-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin hücumçusu Araz Abdullayevin çıxış etdiyi "Anortosis" səfərdə AEK-in qonağı olub. Oyunda qalib müəyyənləşməyib - 2:2.
Matça start heyətində başlayan millimizin üzvü 33-cü dəqiqədə hesabı açıb. O, 74-cü dəqiqədə Kamara ilə əvəzlənib.
Qeyd edək ki, 27 turdan sonra 57 xal toplayan "Anortosis" hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi