Almaniya 2-ci Bundesliqasında 25-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” doğma meydanda “Holştayn”la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:5.
Eratın adı ümumiyyətlə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
“Duysburq” geridə qalan turlarda topladığı 37 xalla 18 klub arasında 4-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi