Portuqaliya ikinci liqasında (Sequnda) 29-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, U-21 millimizin futbolçusu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası doğma meydanda “Penafiel”lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 3:4.
Nəsirovun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
"Sportinq" hazırda 31 xalla 20 klub arasında 17-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi