Kipr çempionatında 34-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” doğma meydanda Limassol AEL-i ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Araz qarşılaşmanın 63-cü dəqiqəsində meydana buraxılıb.
Geridə qalan turlarda 66 xal toplamış Famaqusta təmsilçisi hazırda çempionluq uğrunda mübarizə aparan “ilk altılıq”da üçüncü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi