Millimizin hücumçusu Ramil Şeydayev "Trabzonspor"un düşərgəsindən ayrılıb.
Sportal.az xəbər verir ki, 22 yaşlı hücumçu digər klubla danışıqlar aparmaq üçün bu addımı atıb. O, klubdan icazə alaraq, komandanı tərk edib.
Şeydayevin Avstriyanın "Mattersburq" klubuna keçəcəyi gözlənilir. Bu komandanın baş məşqçisi Gerald Baumqartner açıqlamasında bu həftə keçidin rəsmiləşəcəyini bildirmişdi.
Qeyd edək ki, Ramil ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb.
saytlarin hazirlanmasi