Latviya Birinci Liqasında 14-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” səfərdə “Auda” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 6:0.
Vüqar start heyətdə meydana çıxıb və sonadək oynayıb. Çempionatın bombardiri olan Əsgərov bu oyunda 5 qola imza atıb. O, matçın 7, 31, 35, 54 və 67-ci dəqiqələrində rəqib qapısına yol tapıb. Millimizin sabiq hücumçusu cari mövsümdə vurduğu qolların sayını 18-ə çatdırıb.
“Dauqavpils” 14 turdan sonra 31 xalla 12 kollektiv arasında ikinci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi