Millətlər Liqasında sentyabrın 7-də Azərbaycan və bundan 3 gün sonra Farer adaları ilə qarşılaşacaq Kosovo yığmasında ciddi itki var.
Sportal.az xəbər verir ki, komandanın ulduzu Valon Berişa hələ də zədədən əziyyət çəkir. "Latsio"nun futbolçusu bu həftə A Seriyasıda "Yuventus"la oyunda iştirak etməyəcək. İlk turu da buraxan 25 yaşlı yarımmüdafiəçinin gec sağalacağı ilə bağlı xəbərlər dolaşır. Məlumata görə, Berişanın millimizlə oyunu buraxmaq ehtimalı var.
Qeyd edək ki, Azərbaycan - Kosovo oyunu sentyabrın 7-si Bakı Olimpiya Stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi