Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan əsilli rusiyalı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” doğma meydanda “Rubin”lə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Ayaz matça start heyətdə başlayıb və sonadək oynayıb.
“Rostov” geridə qalan 6 turdan sonra 13 xalla 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Ayaz Quliyev Rusiyanın U-21 millisinə dəvət alıb.
saytlarin hazirlanmasi