"Keşlə" baxışa dəvət etdiyi yunanıstanlı futbolçu Georgios Georgiadislə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu komandada qalacaq. Hücumameyilli yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Yunanıstan millisində 3 oyun keçirən Georgios Georgiadis karyerası ərzində "Panserraikos", PAOK, "Veria", "Ermis" və "Doxa Dramas" klublarında oynayıb.
saytlarin hazirlanmasi