"Keşlə" Mavritaniya millisinin üzvünü transfer etdi

10:10 - 1 Oktyabr 2018

"Keşlə” yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Mavritaniya yığmasının üzvü Diallo Quydileye ilə mövsümün sonuna qədər müqavilə bağlayıb. 28 yaşlı dayaq yarımmüdafiəçi "Keşlə”yə azad agent statusu kimi keçib. Diallonun son klubu Türkiyən "Gənclərbirliyi”si olub.

 

Qeyd edək ki, Quydileye karyerası ərzində Fransanın "Nansi”, "Şatoru”, "Trua” və "Brest”, eləcə də Kiprin AEL komandalarında oynayıb.

Xəbər xətti