Neymar het-trik etdi, sabiq "Qəbələ"li darmadağına üzüldü VİDEO

23:38 - 3 Oktyabr 2018

Çempionlar Liqasının qrup mərhələsinin II turunun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, PSJ öz meydanında "Qəbələ"nin sabiq futbolçusu Lorenso Ebesilyonun çıxış etdiyi "Srvena Zvezdanı qəbul edib və 6-1 hesablı qələbə qazanıb. Neymar sözügedən qarşılaşmada het-trik edib. 73-cü dəqiqədə meydana daxil olan Ebesilyo isə komandasının yeganə qolunun ötürməsini edib.

 

Qeyd edək ki, Ebesilio 2013/14 mövsümündə icarə əsasında Ukraynanın "Metallurq" klubuna "Qəbələ"yə keçmişdi. O, 32 oyuna 8 qol vurmuşdu.

 

PSJ 6-1 "Srvena Zvezda"

Qollar: Neymar, 20, 22, 81, Edinson Kavani, 37, Anxel Di Mariya, 42, Kilian Mbappe, 70 - Marko Marin 74

 

Xəbər xətti