"Neftçi" "Keşlə"yə, "Səbail" Zirə"yə qalib gəldi YENİLƏNİB

20:30 - 30 Mart 2019

Bu gün Topaz Premyer Liqasında sonuncu - IV dövrəyə start verilib.

 

Sportal.az xəbər verir ki, 22-ci turun açılış matçında "Zirə" "Səbail"i qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

Digər görüşdə isə lider "Neftçi" "Keşlə"nin qonağı olub və 1:0 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, turun digər iki oyunu aprelin 1-də baş tutacaq.

 

“Zirə” – “Səbail” - 1:2

Qollar: Xulio Sezar Rodriqes, 69 - Ağabala Ramazanov, 41, Şəhriyar Rəhimov, 90+4

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Namiq Bəkirov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Zirə İdman Kompleksinin stadionu, 16:00

 

“Keşlə” – “Neftçi” - 0:1

Qol: Emin Mahmudov, 78 (pen.)

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Rəşad Əhmədov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Elbrus Abbasov

“ASK Arena”, 18:30

Xəbər xətti