Lallananın yeni klubu müəyyənləşdi

23:23 - 27 İyul 2020

İngiltərə çempionu "Liverpul"dan ayrılan Adam Lallananın yeni klubu bəlli oldu.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Premyer Liqanın digər təmsilçisi "Brayton"a keçib. İngiltərə millisinin keçmiş üzvü yeni klubunda 14 nömrəli forma altında çıxış edəcək.

 

Təcrübəli oyunçu ilə 3 illik müqavilə imzalanıb.

 

"Liverpul" ingilis futbolçunu 2014-cü ildə "Sauthempton"dan 25 milyon funt-sterlinqə transfer etmişdi.

Xəbər xətti