Türkiyə Super Liqasında 11-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Fənərbaxça" səfərdə "Çorum"un qonağı olub. İstanbul nəhəngi yeni baş məşqçisi Emre Belözoğlunun rəhbərliyi altında keçirdiyi ilk matçdan 5:0 hesablı qələbə ilə ayrılıb.
Xallarını 19-a yüksəldən "Fənərbaxça" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 16 xalı olan "Çorum" isə 9-cu yerdədir.
"Çorum" - "Fənərbaxça" 0:5
Qollar: Meyson Qrinvud, 12, 63, İrfan Can Kahveci, 21,56, Oğuz Aydın, 74
