Premyer Liqa klubu "Ayaks"ın futbolçusunu transfer etdi

10:20 - 30 İyul 2020

İngiltərənin "Brayton" klubu "Ayaks"ın müdafiəçisi Joel Veltmanı transfer edib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi Niderland millisinin üzvü ilə 3 illik müqavilə imzalayıb. "Brayton" 28 yaşlı müdafiəçinin keçidi üçün 900 min funt-sterlinq təzminat ödəyib.

 

Veltman "Ayaks"ın yetirməsidir. Niderlandlı futbolçu 2012-ci ildən Amsterdam təmsilçisinin əsas komandasında çıxış edirdi. Veltman ötən mövsüm 27 oyun keçirib.

 

"Brayton" bundan öncə "Liverpul"dan ayrılan Adam Lallana ilə 3 illik müqavilə imzalamışdı.

Xəbər xətti