"Mançester Siti" 19 yaşlı müdafiəçini transfer etdi

11:11 - 30 İyul 2020

"Mançester Siti" yeni oyunçu alıb.

 

Sportal.az xəbər verir ki, "şəhərlilər" Belçikanın "Mexelen" klubunun müdafiəçisi İssa Kaboreni transfer edib.  19 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. 

 

Mançester təmsilçisi bu keçid üçün 4,5 milyon avro təzminat ödəyib. Burkina-Fasolu futbolçu 202/21 mövsümünü icarə əsasında "Mexelen"də keçirəcək.

 

Kabore ötən mövsüm keçirdiyi 8 oyunda 1 qol vurub, 1 assist edib.

Xəbər xətti