Artur Boruts Polşa klubunda

13:39 - 4 Avqust 2020

İngiltərənin "Bornmut" klubundan ayrılan Artur Boruts karyerasını Polşada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 40 yaşlı qapıçı "Legiya"ya keçib. Varşava təmsilçisi Polşa millisinin keçmiş üzvü ilə 1 illik müqavilə imzalayıb.

 

Boruts "Legiya"nın yetirməsidir və 2005-ci ilə qədər bu komandada çıxış edib. O, "Seltik", "Fiorentina", "Sauthempton" və "Bornmut"da da oynayıb.

Xəbər xətti