"Vilyarreal" "Valensiya"nın yarımmüdafiəçisini transfer etdi

13:48 - 12 Avqust 2020

İspaniyanın "Vilyarreal" klubu növbəti transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, "sarı sualtı qayıq" "Valensiya"nın yarımmüdafiəçisi Fransis Kokleni transfer edib. 29 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. "Vilyarreal" bu keçid üçün 8+3 milyon avro təzminat ödəyib.

 

Koklen 2018-ci ildə "Arsenal"dan "Valensiya"ya 14 milyon avro qarşılığında keçmişdi. Fransalı futbolçu ötən mövsüm keçirdiyi 36 oyunda 2 məhsuldar ötürmə edib.

Xəbər xətti