Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın potensial rəqibi olan "Şerif" heyətinə yeni oyunçu cəlb edib.
Sportal.az xəbər verir ki, Tiraspol təmsilçisi Almaniyanın "Paderborn" klubundan bosniya və herseqovinalı futbolçu Rifet Kapiçi 1 illik icarəyə götürüb.
"Azarkeşlərimiz klubumuza Azərbaycanın "Qarabağ" komandası ilə oyunda (1:0) qələbə qolunu vurduğu topa görə Rifeti xatırlayacaqlar", - klubun transfer açıqlaması belə olub.
"Şerif" Kapiçi 2018/19 mövsümündə İsveçrənin "Qrasshopers" klubundan icarəyə götürmüşdü. 25 yaşlı yarımmüdafiəçi həmin mövsüm Avropa Liqasının pley-off mərhələsinin ilk matçında "Şerif"in Moldovada "Qarabağ"a qalib gəldiyi (1:0) oyunda qol vurmuşdu. Ağdam klubu cavab görüşündə 3:0 hesablı qələbə ilə qrup mərhələsinə adlamışdı.
"Şerif" - "Fola Eş" cütünün qalibi II təsnifat mərhələsində "Qarabağ" - "Sileks" matçının güclüsü ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi
