Skarlatakenin yeni klubu məlum oldu

13:09 - 16 Avqust 2020

"Zirə"dən ayrılan Adrian Skarlatakenin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, rumıniyalı futbolçu karyerasını ölkəsində davam etdirəcək. 33 yaşlı müdafiəçi yüksək liqa təmsilçisi "Hermanştadt"a keçib. Təcrübəli futbolçu ilə 2 illik müqavilə imzalanıb.

 

Skarlatake Azərbaycanda "Xəzər Lənkəran" və "Keşlə" klublarında da çıxış edib.

Xəbər xətti