"Mançester Yunayted" niderlandlı futbolçunu "Verder"ə icarəyə verdi

17:17 - 16 Avqust 2020

"Mançester Yunayted" vingeri Tahit Çonqu Almaniyanın "Verder" klubuna icarəyə verib.

 

Sportal.az xəbər verir ki, niderlandlı futbolçu Bremen təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

 

20 yaşlı futbolçu ötən mövsüm əsas komandada keçirdiyi 12 oyunda 2 məhsuldar ötürmə edib. Tahit Çonq "Feyenoord"un yetirməsidir. O, 2016-cı ildə "qırmızı şeytanlar"a keçib.

Xəbər xətti