Obi Mikel İngiltərəyə qayıtdı

00:36 - 18 Avqust 2020

Martda koronavirusa görə "Trabzonspor"dan ayrılan Con Obi Mikel karyerasını İngiltərədə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi Çempionşip təmsilçisi "Stok Siti"yə keçib. 33 yaşlı futbolçunun müqavilə şərtləri açıqlanmayıb.

 

 

Obi Mikel 2006-2017-ci illərdə "Çelsi". 2019-cu ildə isə "Midlzbro"da çıxış edib.

Xəbər xətti