"Qalatasaray" yeni transferini açıqladı

00:48 - 18 Avqust 2020

"Qalatasaray" yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Olimpiakos"la müqaviləsi başa çatan Omar Əlabddellauini rənglərinə bağlayıb. Norveç millisinin üzvü "sarı-qırmızılar"la 3 illik müqavilə bağlayıb.

 

Onun 2020/21 mövsümündə maaşı 1,3 milyon avro olacaq. Omar 2021/22 mövsümündə 1,35 milyon, 2022/23 futbol ilində isə 1,4 milyon avro məvacib alacaq.

 

28 yaşlı cinah müdafiəçisi 2014-cü ildən Afina klubunda çıxış edirdi. O, ötən mövsüm keçirdiyi 47 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti