David Silvanın yeni klubu məlum oldu - 10 il sonra La Liqaya qayıtdı

01:18 - 18 Avqust 2020

"Mançester Siti"dən ayrılan David Silva karyerasını İspaniyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi "Real Sosyedad" ispaniyalı yarımmüdafiəçini transfer edib. San-Sebastyan təmsilçisi 34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzaladığını açıqlayıb.

 

David Silva 2010-cu ildə "Valensiya"dan "Mançester Siti"yə transfer olmuşdu. O, ötən mövsüm keçirdiyi 40 oyunda 7 qol vurub, 10 məhsuldar ötürmə edib.

Xəbər xətti