"Fənərbaxça" seneqallı hücumçunu transfer etdi

11:30 - 18 Avqust 2020

"Fənərbaxça" yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Kasımpaşa"nın hücumçusu Mame Tiamı transfer edib. 27 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.

 

Seneqallı futbolçu ötən mövsüm keçirdiyi 28 oyunda 12 qol vurub, 5 məhsuldar ötürmə edib.

Xəbər xətti