"Qranada" "Real"ın müdafiəçisi Xesus Valyexonu daha bir mövsüm icarəyə verib.
Sportal.az xəbər verir ki, 24 yaşlı müdafiəçi növbəti mövsüm də La Liqa klubunda çıxış edəcək. Valyexo ötən mövsümün ilk yarısını "Vulverhempton"da, ikinci yarısını isə "Qranada"da keçirib.
İspaniyanın aşağı yaş qruplarından ibarət milli komandalarında çıxış etmiş futbolçu 2015-ci ildə "Saraqosa"dan "Real"a 6 milyon avro qarşılığında keçib.
saytlarin hazirlanmasi
