"Tottenhem" Hartın transferini açıqladı

16:16 - 18 Avqust 2020

İngiltərə millisinin keçmiş qapıçısı Co Hartın yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "Börnli"dən ayrılan 33 yaşlı qolkiper Premyer Liqanın digər təmsilçisi "Tottenhem"ə keçib. London təmsilçisi qapıçı ilə 2 illik müqavilə imzaladığını açıqlayıb.

 

Hart "Mançester Siti", "Birmingem", "Torino" və "Vest Hem" kimi klublarda çıxış edib. O, 2018-ci ildə "Börnli"yə keçib. Təcrübəli qapıçı İngiltərə millisində 75 oyuna çıxıb.

Xəbər xətti