"Fənərbaxça" "Qalatasaray"ın keçmiş futbolçusunu transfer etdi

22:28 - 19 Avqust 2020

"Fənərbaxça" növbəti transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın "Cenoa" klubundan Sinan Gümüşü transfer edib. 26 yaşlı vingerlə 3+1 illik müqavilə imzalanıb.

 

Sinan 2014-2019-cu illərdə "Qalatasaray"da oynayıb. O, ötən mövsümün ikinci yarısını icarə əsasında "Antalyaspor"da çıxış edib.

Xəbər xətti