"Fənərbaxça"dan ayrılan futbolçu "Flamenqo"da

00:23 - 20 Avqust 2020

"Fənərbaxça"dan ayrılan Maurisio İsla karyerasını Braziliyada davam etdirəcək. 

 

Sportal.az xəbər verir ki, çilili futbolçu yüksək liqa təmsilçisi "Flamenqo" ilə 2 illik müqavilə imzalayıb.

 

31 yaşlı müdafiəçi "Yuventus", KPR, "Udineze, "Marsel" və "Kalyari" kimi klublarda oynayıb.

Xəbər xətti