"Fənərbaxça" növbəti transferini açıqlayıb.
Sportal.az klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Trabzonspor"la müqaviləsi başa çatan Xose Sosanı rənglərinə bağlayıb. Argentinalı yarımmüdafiəçi "sarı-lacıvərdli" klubla iki illik sözləşmə bağlayıb.
Sosanın illik maaşı 1,5 milyon avro olacaq. O, "Fənərbaxça"dan 1,5 milyon avro imza pulu da alıb.
35 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 42 oyunda 10 qol vurub, 12 məhsuldar ötürmə edib. "Estudyantes"in yetirməsi "Bayern" (Münhen), "Napoli", "Metallist" (Xarkov), "Atletiko" (Madrid), "Beşiktaş", "Milan" kimi klublarda oynayıb.
saytlarin hazirlanmasi
