Şimali Makedoniya liqasında 3-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Avropa Liqasının I təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "Şkendiya" səfərdə "Makedoniya"nı 1:0 hesabı ilə məğlub edib.
Tetovo təmsilçisi 7 xalla turnir cədvəlində 2-cidir.
"Sumqayıt" – "Şkendiya" matçı avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək. Matçın start fiti saat 20:00-da səslənəcək.
