"Neftçi"dən ayrılan futbolçu Rumıniya klubunda

10:34 - 27 Avqust 2020

"Neftçi"dən ayrılan Soni Mustivarın yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını Rumıniyanın "Hermannstadt" klubunda davam etdirəcək. Haitili futbolçu ilə 2 illik müqavilə imzalanıb.

 

Mustivar 2018-2020-ci illərdə "Neftçi"də çıxış edib.

Xəbər xətti