"Çelsi" Silva ilə müqavilə imzaladı

17:42 - 28 Avqust 2020

"Çelsi" PSJ-dən ayrılan Tyaqo Silvanı transfer edib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, 35 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

 

Braziliyalı futbolçu 2012-ci ildə "Milan"dan 42 milyon avro qarşılığında PSJ-yə keçmişdi.

 

London təmsilçisi daha öncə Timo Verner, Hakim Ziyeş, Ben Çilluel, Malanq Sarrı transfer etmişdi.

Xəbər xətti