"Lill"dən ayrılan Fransa millisinin keçmiş üzvü Loik Remi karyerasını Türkiyədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu Super Liqa təmsilçisi "Çaykur Rizəspor"a keçib. Remi ilə 2 illik müqavilə imzalanıb.
Fransalı forvard "Lion", "Nitsa", "Marsel", KPR, "Nyukasl", "Çelsi", "Kristal Pelas", "Las Palmas" və "Xetafe" klublarında çıxış edib. Remi ötən mövsüm 20 oyunda 7 qol vurub.
saytlarin hazirlanmasi
