"Yuventus" ABŞ millisinin üzvünü transfer etdi

00:56 - 30 Avqust 2020

"Yuventus" yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, Turin təmsilçisi "Şalke"nin yarımmüdafiəçisi Ueson Makkenini heyətinə qatıb. "Qoca sinyora" 22 yaşlı oyunçunu 4,5 milyon avroya məcburi satın alma şərti ilə icarəyə götürüb.

 

Turinlilər bu keçid üçün "Şalke"yə 18,5 milyon avro ödəyəcək. İtaliya təmsilçisi bu məbləği üç il ərzində Bundesliqa klubuna köçürəcək. Daha 7 milyon avro isə bonuslar şəklində ödəniləcək. Bu isə futbolçunun performansından asılı olacaq.

 

ABŞ millisinin üzvü 2016-cı ildə "Dallas Akademiyası"ndan "Şalke"yə keçmişdi.

Xəbər xətti