"Tottenhem" "Vulverhempton"un futbolçusunu transfer etdi

13:13 - 30 Avqust 2020

"Tottenhem" yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, London təmsilçisi "Vulverhempton"un sağ cinah müdafiəçisi Mett Doertini transfer edib. İrlandiya millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. Paytaxt klubu bu keçid üçün "canavarlar"a 15 milyon funt-sterlinq təzminat ödəyib.

 

28 yaşlı futbolçu 2010-cu ildən "Vulverhempton"da çıxış edirdi.

Xəbər xətti