"Lids" Almaniya millisinin üzvü ilə müqavilə imzaladı

13:46 - 30 Avqust 2020

İngiltərənin "Lids" klubu daha bir transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın "Frayburq" klubunun mərkəz müdafiəçisi Robin Koxu transfer edib. 24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. "Ağlar" bu keçid üçün Bundesliqa klubuna 13 milyon avro təzminat ödəyib.

 

Kox 2017-ci ildə "Kayzerslautern"dən "Frayburq"a keçmişdi. O, 2 dəfə Almaniya millisində oyun keçirib.

Xəbər xətti