"Sauthempton" Leminanı icarəyə verdi

18:35 - 30 Avqust 2020

İngiltərə Premyer Liqasına yüksələn "Fulhem" heyətini gücləndirib..

 

Sportal.az "Telefoot"a istinadla xəbər verir ki, London təmsilçisi "Sauthempton"un yarımmüdafiəçisi Mario Leminanı 2 milyon avro qarşılığında bir mövsümlük icarəyə götürüb. Əgər Qabon millisinin üzvü Premyer Liqada mövsüm ərzində 20-dən çox oyun keçirsə, "Fulhem" daha 6 milyon avro ödəyib, futbolçunu transfer etməlidir.

 

"Sauthempton" 27 yaşlı futbolçunu 2017-ci ildə "Yuventus"dan 17,25 milyon avroya transfer edib. Lemina ötən mövsümü "Qalatasaray"da keçirib.

Xəbər xətti