"Qalatasaray"dan ayrılan futbolçu "Marsel"də

00:52 - 1 Sentyabr 2020

"Qalatasaray"dan ayrılan Yuto Naqatomonun yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Yaponiya millisinin keçmiş üzvü karyerasını Fransada davam etdirəcək. 33 yaşlı cinah müdafiəçisi 1-ci liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

 

Peşəkar karyerasına "Tokyo"da başlayan Naqatomo "Çezena" və "İnter"də də çıxış edib.

Xəbər xətti