"Arsenal" "Lill"in futbolçusunu transfer etdi

19:44 - 1 Sentyabr 2020

"Arsenal" heyətinə yeni oyunçu cəlb edib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, "topçular" "Lill"in müdafiəçisi Qabriel dos Santos Maqalyansı transfer edib. Bu keçid üçün London təmsilçisi "çoban itləri"nə 30 milyon avro təzminat ödəyib. Braziliyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

 

"Lill" 23 yaşlı mərkəz müdafiəçisini 2017-ci ildə Braziliyanın "Avay" klubundan 3 milyon avroya transfer etmişdi. Qabriel ötən mövsüm keçirdiyi 34 oyunda 1 qol vurub.

Xəbər xətti